XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 December 2016 - 15:27

Azərbaycanın baş nazir müavini:"Rusiya təhlükəsizliyin qarantıdır..."

yaqub-nazir-muavini

Azərbaycanla Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bunu baş nazirin 1-ci müavini, Rusiya-Azərbaycan iqtisadi-ticarət məsələləri üzrə hökumətlərarası komissiyasının Azərbaycan tərəfdən həmsədri Yaqub Eyyubov hökumətlərarası komissiyanın Bakıda keçirilən 16-cı iclasında deyib.

O bildirib ki, Rusiya nəinki iqtisadi tərəfdaş, həm də regionun təhlükəsizliyinin qarantıdır:

Rusiya çalışır ki, hər yerdə sülh olsun və başqa ölkələrin daxili işlərinə müdaxilə halları baş verməsin. Biz Rusiya ilə münasibətlərə böyük önəm veririk. Ticarət dövriyyəsini artırmaq üçün stimul var. 2014-cü illə müqayisədə ticarət dövriyyəsi kəskin azalıb. Bu isə böhranla bağlıdır, hər yerdə ciddi itkilər müşahidə olunur. Bizdə də devalvasiya baş verib”.