XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 December 2016 - 15:45

Heydər Əliyevin Ramil Usubovla bağlı tarixi çıxışı:"Nə qədər mən varam, o da var" (VİDEO)

ramil-heyder

Sosial mediada mərhum prezident Heydər Əliyevlə bağlı daha bir maraqlı görüntü yayılıb.

Fəaliyyəti dayandırılmış ANS TV-nin Qızıl Fondundan olan görüntülərdə Qənirə Paşayeva (Həmin dövrdə ANS TV-nin xüsusi müxbiri, hazırda millət vəkili) Heydər Əliyevə daxili işlər naziri Ramil Usubovla bağlı sual verir.

H.Əliyev isə Usubovu yanına çağıraraq onun haqqında yüksək fikirlər söyləyir və deyir ki, "General Ramil Usubov çox yaxşı işləyir, ona etimadım böyükdür… Nə qədər mən varam, Usubov da var. Mənim də varlığıma sizin heç biriniz şübhə eləyə bilməzsiniz".

Ehtimal olunur ki, bu kadrlar 2000-ci illərin əvvəlində lentə alınıb.

Xatırladaq ki, videonu sosial şəbəkədəki hesabında bir müddət Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş bəstəkar-hüquqşünas Ruslan Əhmədoğlu paylaşıb: