XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 12:41

Türkiyənin əsas istəyi nədir? –Küveyt nəşri Astana danışıqlarının şərtlərini açıqladı

orta-serq

Küveytin "əl-Cəridə" qəzeti İran, Türkiyə və Rusiya üçlüyü arasında Suriya ilə əlaqədar gələcək danışıqların yeni təfərrüatlarını açıqlayıb.

Strateq.az xəbər verir ki, Hələb zəfərinin ardınca rəsmi Ankara, Tehran və Moskva Qazaxıstanın paytaxtı Astanada suriyalı tərəflər ilə bir araya gələcək.

"Əl-Cəridə" qəzetinin yazdığına görə, danışıqlarda əvvəlcə Suriyada ümumi atəşkəsin elan edilməsi müzakirə olunacaq.

İlkin razılaşmaya əsasən, Türkiyə, İran və Rusiyanın nəzarətində atəşkəsi pozan hər bir qrupa qarşı tədbirlər görülməsi nəzərdə tutulur. Bəşər Əsəd və müxaliflərin iştirakı ilə keçid hökumətinin qurulması da bu plana daxildir.

Türkiyənin əsas şərti Suriyada olan xarici terror qruplarının silahlarını Suriya ordusuna təslim edərək ölkədən çıxmaları, lazımlı təhlükəsizliyin təmin etməsidir. Suriya Türkiyə sərhədlərindəki PKK / PYD təşkilatlarının təhdidlərini yox etməlidir.

İran mənbələrinə istinad edən "əl-Cəridə" qəzeti qeyd edir ki, rəsmi Ankaranın ​Bəşər Əsədin Suriyadakı gələcək seçkilərə qatılmaması, özünə və ailəsinə təhlükəsizliyinin təmin edilməsi şərti Rusiya tərəfindən qəbul edilməyib.

M.Rzasoy