XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 02:29

Ərdoğanla Putinin qətl haqda rəyi:"Bu, Rusiya-Türkiyə münasibətlərini pozmağa yönəlmiş təxribatdır"

erdogan

“Rusiya prezidenti Vladimir Putinlə bu hadisəni isti-isti dəyərləndirdik”.

APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı hadisəyə münasibət bildirərkən deyib. 

Ərdoğan Rusiya xalqına və prezidentinə başsağlığı verib. O, səfir A. Karlovla bir həftə öncə görüşdüyünü, onun Rusiya-Türkiyə münasibətlərinin normallaşması üçün önəmli addımlar atdığını da qeyd edib.

Ərdoğan bu qətlin Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını pozmağa yönəlmiş addım olduğunu, lakin tərəflərin bu təxribata uymayacağı ilə bağlı fikirlərinin üst-üstə düşdüyünü deyib.

Ərdoğan qeyd edib ki, Rusiya prezidenti ilə telefon danışığında bir daha beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparmaqda israrlı olduqlarını vurğulayıblar.

Ərdoğan Putinin ondan Türkiyədəki rusiyalı diplomatlarının təhlükəsizliyi ilə bağlı tədbirlərin gücləndirilməsini istədiyini qeyd edib.

“Eyni zamanda Rusiya Karlovun cənazəsinin öz göndərdikləri təyyarə ilə aparılmasını, həmçinin bu qətlin araşdırılmasına Rusiya mütəxəssislərinin də qoşulmasını istədilər. Bizim tərəfimizdən bu məsələlərin heç birində problem yoxdur” – deyə Ərdoğan vurğulayıb.