XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 12:13

“Törədilmiş cinayət, sözsüz ki, təxribatdır” –Putinin güc nazirləri ilə toplantısı (VİDEO)

putin-5

Dünən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsindən dərhal sonra Rusiya Prezidenti Vladimir Putinin güc strukturlarının rəhbərləri ilə keçirdiyi xüsusi toplantının videosu yayılıb.

Toplantıda çıxış edən Putin Türkiyədə baş verən qanlı olayı pisləyib.

Karlovun yaxınlarına başsağlığı verən prezident Andrey Karlovun adının dövlət mükafatına təqdim edilməsini istəyib:

“Mən həyatını itirmiş yoldaşımızın yaxınları və dostlarına başsağlığı verirəm. O, çox mükəmməl diplomat idi. Olduğu ölkələrdə öz reputasiyasından çox yaxşı istifadə edirdi. O, həmçinin Türkiyə rəhbərliyi və digər siyasi qüvvələrlə çox yaxşı əlaqələrə malik idi. Andrey Gennadieviç həm də çox ağıllı və mülayim insan idi. Bunu eşitdiklərimə əsasən demirəm. Onunla şəxsən tanış idim. Payızda Türkiyəyə olan son ezamiyyətim zamanı məni müşayiət edirdi. Törədilmiş cinayət, sözsüz ki, provokasiyadır. Bu akt Rusiya-Türkiyə münasibətlərinin pozulmasına yönəldilib.

Bu, həm də Türkiyə, Rusiya, İran və digər dövlətlər tərəfindən Suriyada aparılan sülh prosesini pozmağa yönələn hadisədir. Bunun tək cavabı terrorla mübarizənin gücləndirilməsi ola bilər. Quldurlar bunu öz üzərlərində hiss edəcəklər. Rusiya İstintaq Komitəsi artıq cinayət işi başladıb. Tapşırıq verilib ki, dövlətlərarası komissiya yaradılsın və Ankaraya bu cinayətin türkiyəli tərəfdaşlarımızla birgə araşdırılması üçün xüsusi qrupun göndərilməsi barədə tapşırıq verilib.

Bununla bağlı razılıq az öncə Türkiyə prezidenti ilə baş tutan telefon danışığı zamanı əldə olunub. Təcili olaraq Türkiyə Cümhuriyyətinin Rusiyadakı diplomatik nümayəndəliyinin və bütün diplomatik nümayəndəliklərin mühafizəsi gücləndirilməlidir. Eləcə də Türkiyə tərəfindən Rusiya diplomatik nümayəndəliklərinin təhlükəsizliyi zəmanət altına alınmalıdır”.

Axar.az

Axar.az