XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2016 - 21:21

Səfiri öldürən qatilin anası: “Mənim oğlum necə belə edə bilər?” –VİDEO

sefiri-olduren

Rusiya səfiri Andrey Karlovun Ankarada öldürülməsindən sonra qatil, polis əməkdaşı Mevlüt Mert Altıntaşın ətrafı və ailəsi araşdrılmağa başlanılıb.

Qonşuları və ailəsini tanıyanlar dindirilib. Dindirilmə zamanı hər kəs birmənalı olaraq bildirib ki, Mert Altıntaşın normal ailəsi olub. Lakin qatilin özü çox qapalı və ünsiyyətcil olmadığı deyilir.

Qonşularının sözlərinə görə, Mert Altıntaşın anası hadisə barədə eşidən zaman şoka girib:

"Mənim oğlum necə belə edə bilər?”, – deyə qadın ilk öncə deyilənlərə inanmayıb.

Bundan başqa, qatilin məzun olduğu polis məktəbi, bir yerdə təhsil aldığı şəxslər, çevrəsi, tanışları bir-bir müəyyən edilərək dindirilir(Ölkə.az).