ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlini qınayıb.
Tramp səfirin radikal islamçı terrorçu tərəfindən öldürüldüyünü bildirib: “Rusiya səfiri Andrey Karlovun ölümündən kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı veririk».
Tramp əlavə edib ki, səfirin qətli sivil dünya nizamının bütün normalarının pozulmasıdır və bu, adekvat şəkildə mühakimə olunmalıdır(Azadliq.info).