XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 12:19

“Karlovun qətli radikal düşüncənin yayılmasından qaynaqlanır” –İranın Türkiyədəki səfiri türk mediasını ittiham etdi

tahiryan-iransefiri-turkiyede

"Bəzi media quruluşları yalan atmosferi yaradır, Türkiyə cəmiyyətində təhrikçiliyə yol açırlar. Bu, böhranlara səbəb ola bilər".

Strateq.az "Tasnim" agentliyinə istinadla xəbər verir ki, bunu İranın Türkiyədəki səfiri Məhəmməd İbrahim Tahiriyan deyib.

Rusiyanın Türkiyədəki səfirinin sui-qəsdə məruz qalması, türk mediasının Hələb hadisəsi ilə əlaqədar olaraq İrana qarşı mənfi atmosfer yaratmasına toxunan səfir bildirib ki, Andrey Karlovun qətli radikal düşüncənin yayılmasından qaynaqlanır:

"Andrey Karlov Rusiya və Türkiyə arasındakı əlaqələrin qorunması və güclənməsində çox aktiv iştirak edən siyasətçi idi. Təəssüf ki, diplomatik fəaliyyətdə təsirli bir adamın radikal düşüncə tərəfindən sui-qəsdə məruz qaldığına şahid olduq. Bu hərəkət sülh atmosferini yox etmək üçün reallaşmış bir davranış idi, sülhə doğru atılmış atəşdir".

M.Rzasoy