XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 Mart 2015 - 18:48

Qazaxlı valyuta alverçisini Rustavidə kim qətlə yetirib? – Yenilənib

Mart ayının 22-də səhər saatlarında Gürcüstan Respublikasının Rustavi şəhərində əslən Qazax rayonundan olan Nəriman Mustafayev çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Strateq.az-ın Gürcüstanda olan əməkdaşının yerli mənbələrdən əldə etdiyi məlumata görə, faktla bağlı Gürcüstan huquq-mühafizə orqanları tərəfindən ətraflı araşdırma aparılır: «Hüquq-mühafizə orqanları tam gücü ilə son bir ayda şəhərdə baş verən oxşar qətlin iştirakçılarını axtarır. Hələlik Nəriman Mustafayevi kim və ya kimlərin qətlə yetirməsi ilə bağlı saxlanılan olmayıb».

Məlumatda o da bildirilir ki, hüquq-mühafizə orqanları valyuta alveri ilə məşğul olan Qazax sakininin Gürcüstanla əlaqələrini də ətraflı araşdırır: «Mərhum Azərbaycan-Gürcüstan sərhəddində əsasən manat-lari və digər valyutaların dəyişdirilməsi ilə məşğul olub. Onun sərhəddə nisbətən ucuz toplatdırdığı manatları Marneuli və Rustavi bazarlarında lariyə çevirməsi haqqında da məlumatlar var. Hazırda Nəriman Mustafayevin qətl günü və qətldən bir gün əvvəl kimlərlə əlaqə saxlaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. İstintaq qətlin Nərimanın üzərində olan külli miqdarda pul vəsaitinə görə törədilməsi ehtimalını da diqqətdən qaçırmayıb».

Onu da bildirək ki, Nəriman Musatafayevin nəşi hadisənin səhəri gün doğulduğu Qazax rayonuna aparılıb.

Sonda onu da qeyd edək ki, son bir ayda Rustavidə ikinci belə oxşar hadisə baş verib. Belə ki, şəhərdə daha bir valyuta məntəqəsinə basqın edilərək, dəhşətli qətl törədilib (Strateq.az).

***

Martın 22-də Gürcüstanda öldürülən Qazax rayon sakini Nəriman Mustafayevin qətlində şübhəli bilinən 5 nəfər saxlanılıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan DİN-nin saytında bildirilib. Qeyd olunub ki, faktla bağlı Gürcüstan vətəndaşları olan 4 nəfər azərbaycanlı və bir nəfər gürcü saxlanılıb: “Kvemo-Kartli Regional Polis Əməliyyat-Axtarış Baş İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü çeyhun G., 1991-ci il təvəllüdlü çərkəz M., 1988-ci il təvəllüdlü Adil K., 1985-ci il təvəllüdlü Zaur M. və 1987-ci il təvəllüdlü Merab M. qəsdən adam öldürmə və silahlı soyğunçuluq maddəsi ilə saxlanılıblar”.
İstintaq aydınlaşdırıb ki, martın 22-də 21.00-da Qırmızı Körpünün 97 kilometrliyində Tiflis markalı “Mercedes” avtomobilinin sürücüləri içində iki nəfər Azərbaycan vətəndaşı olan marşrut maşınını saxlayıblar. Sonra Nəriman Mustafayev bıçaqla vurulub və onun üstündəki 160 000 Azərbaycan manatı və 45 000 lari pul oğurlanıb. Hadisəni törədənlər qaçıblar. N. Musafayev yaralandıqdan sonra hadisə yerində ölüb.
Kvemo Kartli regional polis əməkdaşları cinayətkarları iki gündən sonra tutublar. Hadisə ilə bağlı Gürcüstan CM-nin 108-ci maddəsinin 179-cu bölməsi III hissəsi ilə (qəsdən qətl, silahlı soyğunçuluq) cinayət işi qaldırılıb, istintaq aparılır.