"Ukraynadakı "FETÖ" məktəblərinin fəaliyyəti Ukrayna kəşfiyyatı tərəfindən araşdıracaq".
Strateq.az xəbər verir ki, Ukraynanın təhsil və elm nazirinin müavini Roman Qreba nazirliyin təhlükəsizlik məsələsində səlahiyyətli olmadığını bildirib.
Onun sözlərinə görə, FETO məktəblərini Ukrayna Təhlükəsizlik Xidməti (SBU) araşdırmağa başlayacaq.
2001-ci ildən Ukraynada Beynəlxalq Meridyen Məktəbi fəaliyət göstərir. Paytaxt Kiyevdə iki ayrı binası olan orta məktəbdən başqa, Odessa şəhərində də həmin məktəbin bölməsi var.
2013-cü ildən etibarən Kiyevdə fəaliyyət göstərən "Işık" (Syaivo) Ukrayna-Türkiyə Mədəniyət Mərkəzi də FETÖ təsisi hesab olunur.
M.Rzasoy