Məlum olduğu kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 55 yaşı tamam olur. Bu münasibətlə mediada və sosial şəbəkələrdə hazırda Azərbaycan Prezidentinin ünvanına çoxsaylı təbrik mətnləri yayılmaqda, xoş arzu və diləklər ifadə olunmaqdadır.
Bu təbriklər içərisində isə, görünür, daha çox səmimiyyəti və orijinallığı ilə seçildiyindən, xeyli dəstək qazanan mərhum Heydər Əliyevin qızı, Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın təbrikidir.
Strateq.az xəbər verir ki, Sevil Əliyeva özünün facebook səhifəsində "Bu gün bizim ailəmizin ən xoşbəxt günüdür!" yazaraq, iki maraqlı fotoşəkil paylaşıb. Şəkillərdən birində körpə İlham atasının – nəhəng Heydər Əliyevin qucağında yer alır; digər fotoşəkildə Heydər Əliyevin hər iki övladı, bacı-qardaş – Sevil və İlham məsum nəzərlərlə fotoqrafın göstərdiyi istiqamətə baxırlar…
Strateq.az çəkildiyi tarixləri göstərilməyən həmin fotoşəkilləri təqdim edir: