XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 12:53

QAT sədrindən deputatla bağlı açıqlama:"Duz-çörək kəsmişik, ona görə artıq söz demək istəmirəm"

akif-nagi

Qarabağ Azadlıq Təşkilatının sədri (QAT) Akif Nağı adı gündəmdə olan deputat Astan Şahverdiyevlə bağlı açıqlama verib.

Strateq.az xəbər verir ki, QAT sədri deputatın rəhbərlik etdiyi təşkilatın üzvü olması barədə yayılan xəbərə aydınlıq gətirib:

"Məlumat üçün bildirirəm ki, Astan Şahverdiyev 1993-cü ildə Qarabağ Azadlıq Hərəkatının yaradılmasında iştirak edib, bir müddət sonra rəhmətlik Xeqani Hüseynov və mənimlə birlikdə Qarabağ Azadlıq Hərəkatının həmsədri olub.

2003-cü ilə qədər bizimlə bir sırada olub, həmin ildən siyasi fəaliyyətini YAP-da davam etdirib və bizdən uzaqlaşıb. Deputat seçiləndən sonra əlaqəmiz tamamilə kəsilib. Aramızda salam-kəlam olub, duz-çörək kəsmişik, ona görə də artıq söz demək istəmirəm. Astan çox böyük qəbahət işlədib. Özündə cəsarət tapıb, səhvini etiraf etməli, təhqir etdiyi insanlardan üzr istəməlidir".

Strateq.az