XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 15:20

Türkiyədən açıq savaş mesajı:“Əgər Bərzani bacarmasa, ordumuz İraqa girəcək”

turkiye-ordusu-tank-suriya

"Əgər Bərzani Şenqalda uğur qazanmasa, Türkiyə ordusu lazım olanı gerçəkləşdirəcək".

Bunu jurnalistlərə açıqlamasında Türkiyə Baş nazirinin müavini Veysi Qaynaq söyləyib.

O, Türkiyənin təhlükəsizliyinin Suriya və İraqdan başladığını bildirib:

“Biz sərhədlərimizi gücləndirməliyik. Avropa da unutmamalıdır ki, onların da təhlükəsizliyi Türkiyədən başlayır. BMT nizamnaməsinə əsasən, bizə qarşı olacaq istənilən terror, ölkə təhlükəsizliyinə təhdid yaradan istənilən vasitəni məhv etmək imkanına sahibik. Məhz bu nizamnaməyə istinadlanıb “Fərat qalxanı” əməliyyatını və Qəndil dağına hava əməliyyatlarını reallaşdırırıq. Şenqalda yeni bir Qəndilin formalaşmasına izn verməyəcəyik. Bərzaninin burada uğur qazanması ən böyük arzumuzdur, amma əgər o, burada uğur qazanmasa, Türkiyə ordusu lazım olanı gerçəkləşdirəcək”.

Axar.az