XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

27 Dekabr 2016 - 15:48

“Stratfor”:"Rusiya Azərbaycanla əməkdaşlığı gücləndirəcək, Avropa və ABŞ-la isə qızışdıracaq..."

stratfor

Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” adlandırılan “Stratfor” analitik mərkəzi 2017-ci ildə postsovet ölkələrində yaranacaq vəziyyətə toxunub.

Analitik mərkəzin proqnozlarına görə, qarşıdan gələn ildə Avropa Birliyində daxili problemlər daha da şiddətlənəcək və Rusiya bundan maksimum faydalanmağa çalışacaq:

“2017-ci ildə Avropa ölkələrindəki qarışıqlıqdan istifadə edəcək Rusiya Ukrayna və digər keçmiş sovet respublikalarındakı nüfuzunu geri qaytarmağa çalışacaq. “Brexit” Avropa Birliyi daxilində ciddi ziddiyətlərin olduğunu göstərdi və Gürcüstan, Ukrayna, Moldova kimi ölkələri Rusiya ilə daha praqmatik siyasət yürütməyə vadar etdi”.

“Stratfor”un fikrincə, Rusiya Brüssel ilə Vaşinqtonun münasibətlərini qızışdırmaqda davam edəcək və bunun üçün kiberhücumlar, siyasi manipulasiyalar və təbliğat kampaniyalarından istifadə edəcək:

“Moskva 2017-ci ildə ABŞ və Avropa Birliyinin sanksiyalarından xilas olmağa çalışacaq. Bu, Rusiya və Qərb arasında mübarizənin yeni mərhələsi demək olacaq”.

Analitik mərkəzin ekspertlərinin fikrincə, 2017-ci ildə Rusiyanın Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistanda siyasi mövqeləri möhkəmlənəcək: “Rusiyanın Azərbaycan və Özbəkistanla təhlükəsizlik sferasında əməkdaşlığının genişlənməsi gözlənilir”.

Modern.az