XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2016 - 22:05

Ərdoğandan şok bəyanat:“Əlimizdə ABŞ-ın İŞİD-ə dəstək verməsini təsdiqləyən dəlillər var”

erdoqan-09

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD də daxil olmaqla terror qruplaşmalarına dəstək verməsini təsdiqləyən dəlillərin olduğunu bəyan edib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini qeyd edib. 

 “Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. İndi onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu, gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var”, – deyə Ərdoğan qeyd edib.