"ABŞ-ın terroru dəstəklədiyini göstərən xeyli sübut var".
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov Tvitter hesabında yazıb.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər həqiqətdir:
“Ərdoğan haqlıdır: ABŞ-ın terroru dəstəklədiyini göstərən xeyli sübut var. Dövlət departamentinin bu vəziyyəti ört-basdır etmək cəhdləri isə uğursuzdur”.
Xatırladaq ki, Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini qeyd edib.
“Koalisiya qüvvələri “İŞİD-ə qarşı sonuna qədər mübarizə aparacağıq” deyirdi. Hətta bizi İŞİD-ə dəstək verməkdə ittiham edirdilər. İndi isə hamısı yoxa çıxıb. Hətta bunlar İŞİD də daxil olmaqla, YPG, PYD-yə dəstək verirlər. Bu faktlar hamısı foto və video ilə əlimizdədir”, – Ərdoğan ötən gün qvineyalı həmkarı Alfa Konde ilə görüşdən sonra təşkil olunan mətbuat konfransı zamanı demişdi.
Axar.az