XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2016 - 16:00

Sabiq nazirdən həbs olunan generallarla bağlı suala cavab:"Prosesə müdaxilə etmək istəmirəm"

eliabbasov.jpg

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov barəsində yayılan məlumatlara reaksiya verib. 

Bu barədə unikal.org-a açıqlama verən sabiq nazir bildirib ki, vaxtilə rəhbərlik etdiyi nazirlik MTN-lə əməkdaşlıq edib:

"Həbs olunan MTN-çilərin məhkəmə prosesi başlamadığı üçün prosesə müdaxilə etmək istəmirəm. Ancaq onu deyə bilərəm ki, ölkəmizin beynəlxalq rabitə sistemində informasiya təhlükəsizliyinin qorunması, daxili telekommunikasiya şəbəkələrinin və internet resurslarının xarici kiberhücumlardan qorumaq üçün keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etmişik.

Xahiş edirəm, belə məsələrlə bağlı mənə müraciət etməyəsiniz”.