XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2015 - 10:33

ASALA türk diplomatları öldürməklə təhdid etdi

Dünya yenə də türk diplomatlarının qətlinin şahidi ola bilər

ASALA teror qurumunun üzvü Vazgen Sisliyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, ASALA öz mövcudluğunu davam etdirir, lakin bu mərhələdə silahlı mübarizə hələlik tətbiq olunmur.

Stratq.az Ermənistan nəşrinə əsasən xəbər verir ki, erməni terrorçusu qeyd edib ki, qurumun əsas vəzifəsi “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması deyil, onun nəticələrinin aradan qaldırılmasıdır: “Əgər partlayışlar səslənmirsə və səfirliklər tutulmursa, bu, heç də o demək deyil ki, təşkilat fəaliyyətsizdir. Beynəlxalq siyasi proseslər ona gətirib çıxara bilər ki, dünya yenə də Türkiyə səfirliklərinin tutulması və türk diplomatlarının qətlinin şahidi ola bilər”.

Qeyd edək ki, ASALA dünyanın iri dövlətlərinin öz maraqları üçün istifadə etdiyi erməni terror təşkilatıdır. ötən ərin 80-90-cı illərində türk kəşfiyyatı anoloji üsullarla hərəkət edib türk xalqının böyük oğlu Abdulla çatlının fəaliyyəti sayəsində bu qurumun varlığına son qoymuşdu. Lakin göründüyü kimi, ASALA yenə də ortalıqdadır və Ermənistan dövlətinin təbiətinə uyğun olaraq terrorçuluq hədələri gəlməklə məşğuldur.