XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

25 Mart 2015 - 15:34

Ukraynada nazir və müavini həbs olundu

Ukraynada fövqəladə hallar naziri Serhiy Bochkovskiy və onun müavini Vasyl Stoyetskiyni həbs edilib.

Məlumata görə, polis onları parlamentin iclas zalında qandallayıb.

Daxili işlər naziri Arsen Avakov bildirib ki, onlar ofşar şirkətlərlə bağlı korrupsiyada şübhəli bilinirlər.

Baş nazir Arseniy Yatsenyuk onları kəskin ittiham edib: “ölkənin müharibə vəziyyətində olduğu və hər bir qəpiyi saydığımız bir vaxtda, onlar xalq və dövlətdən öğurluq edirlər: “Qanunu pozan və Ukrayna dövlətini ələ salan hər kəsi eyni aqibət gözləyir.”

Xatırladaq ki, prezident Petro Poroshenko bundan bir neçə saat əvvəl Dnepropetrovsk vilayətinin qubernatoru, oliqarx İqor Kolomoyskyninin vəzifədən gənarlaşdırılması barədə sərəncam imzalayıb(Ans).