XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 Mart 2015 - 06:34

Ermən nazirdən əsgərinin əsir düşməsinə gülünc izah

Qriqoryan: “Mən mənasız yerə ölməkdən qorxuram”

Ermənistanın müdafiə naziri Seyran Ohanyan jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan hərbçilərinə təslim olmuş erməni hərbçisi Andranik Qriqoryanın, guya, valideynləri ilə problemi varmış.

Rəsmi məlumata görə, 1991-ci il təvəllüdlü erməni əsgəri Qriqoryan martın 22-də saat 13.50-də silah-sursatı ataraq, Azərbaycan tərəfə keçib.

Ohanyan deyib: “Səbəbi onun ailə şəraitində axtarmaq lazımdır. Valideynləri ilə onun münasibətləri gərgin idi. Onun bölməsində hərbçilər arasında şəxsi münasibətlərin pozulması çox nadir hallarda baş verir”.

Nazir əsgərin Azərbaycan tərəfindən oğurlanmasını istisna edib.

Xatırladırıq ki, Andranik Qriqoryanın anası Azadlıq Radiosunun Ermənistan xidmətinə deyib ki, oğlunun hərbi xidmətdə problemləri vardı: “Sonuncu dəfə evə gələndə ovqatı təlx idi. “Niyə əhvalın xarabdır?” sualına isə cavab vermirdi. Hərbi hissənin komandanlığından xahiş etmişdi ki, onu başqa yerdə hərbi xidmətə keçirsinlər“.

Azərbaycan Müdafiə Nazirliyi isə əsgərin öz hərəkətini əsaslandıran videosunu da yayıb. Qriqoryan deyir: “Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram… Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə Ermənistan erməniləri arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb”.