XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

13 Yanvar 2017 - 11:25

“Premium markalı benzin dollara görə qalxdı” –Deputat

vahid

""AI-92” markalı benzinin də qiymətinin qalxması gözlənilmir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, "AI-95” Premium markalı benzin Azərbaycana xaricdən idxal olunduğu üçün qiymətində artım baş verib: "Dolların qiyməti qalxdığı, məzənnə dəyişdiyi və manat ucuzlaşdığı üçün "AI-95” Premium markalı benzinin qiymətinə təsir etdi. Nəticədə də qiymət artımı oldu. Tarif Şurası "AI-95” Premium markalı benzinin qiymətini tənzimləmir. Ona görə də qiymət artdı”.

Vahid Əhmədov bildirib ki, "AI-92” markalı benzin Azərbaycanda istehsal olunduğundan, qiytmət artımı da olmayacaq(Bakipost.az).

Qeyd edək ki, Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətin də artım baş verib. "Aİ-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN olub.