XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2017 - 21:56

Çavuşoğlu ilə Yunker konfransda mübahisə etdi:"Pul lazım olanda bizi xatırlayarsız...”

yunker-cavusoglu

Cenevrədə keçirilən Kipr danışıqlarında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Avropa Komissiyasının sədri Jan-Klod Yunker arasında mübahisə yaşanıb.

Axar.az Sayprus-a istinadən xəbər verir ki, Kiprin müzakirəsinin yanvarın 18-də müavinlər səviyyəsində keçiriləcək işçi qrupunun iclasından sonra davam etdiriləcəyi qərara alınıb.

Konfrans zamanı Avropa Komissiyasının sədri Jan-Klod Yunker mikrofonun səsini artıraraq Çavuşoğluya deyib: “Pul lazım olanda bizi xatırlayarsız”.

Çavuşoğlu isə cavabında “Bu qəbulolunmazdır. Suriyaya görə bizə vəd olunan 3 milyard avro hələ də ödənilməyib”, – deyib.

Qeyd edək ki, yanvar ayının 18-dək paralel olaraq türk və yunan icmaları arasında da danışıqlar davam etdiriləcək.