XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 12:28

İngilislər İsrail-Fələstin münaqişəsinə dair birgə bəyanatı imzalamaqdan imtina etdi –Səbəb

paris-konfransi

Britaniya öz rəyinə əsaslanaraq İsrail-Fələstin münaqişəsinə dair birgə bəyanatı imzalamaqdan imtina edib.

Strateq.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Parisdəki tədbir İsrail və Fələstin nümayəndələri olmadan, üstəlik yeni ABŞ prezidentinin andiçmə mərasimindən əvvəl keçirilir.

Buna görə də Böyük Britaniya konfransa yalnız müşahidəçi kimi qatılıb. Əksər Avropa İttifaqı ölkələri Yaxın Şərq üzrə sülh konfransına öz xarici işlər nazirlərini göndərdiyi halda, böyük britaniyalı nazir Boris Conson Parisə gəlməyib.

Fransanın xarici işlər naziri Jan-Mark Ayro konfransda xəbərdar edib ki, Tramp administrasiyasının ABŞ səfirliyini Qüdsə köçürmək cəhdi son dərəcə ciddi nəticələrə səbəb ola bilər.

Ə.Rzazadə