“Zorakılığa zorakılıqla cavab verəcəyik”
Dağlıq Qarabağ separatizminin fəal iştirakçısı Jirayr Səfilyan İrəvanda bu gün keçirdiyi mətbuat konfransında bildirib: “Qiyama qalxmaqdan ötrü Artsaxın (Dağlıq Qarabağ – red.) itirilməsini gözləmək lazım deyil”.
Strateq.az Armenia today-ə əsasən bildirir ki, Səfilyan ötən əsrin 20-ci illərində baş vermiş hadisələrlə paralellər aparıb: “Durum çox oxşardır. Onda Qars məsələsi vardı, indi Qarabağ. İndi Avrasiya İqtisadi Birliyinə daxil olmuşuq. O zaman ancaq Qars itiriləndən sonra Ermənistanda üsyan başlandı”.
Səfilyan vəd edib ki, əgər hökumət zorakılıq tətbiq etsə, onda Ermənistan vətəndaşları özünü müdafiəyə əl atıb zorakılığa zorakılıqla cavab verəcək: “Bu günlərdə bir neçə bölgədə bütün günü davam edən aksiyalar başlanacaq. Biz ölkəni rejimdən azad etməyincə evlərimizə qayıtmayacağıq. Bu isə bir neçə günün məsələsidir”.