XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 13:05

“Qafqaz”la bağlı işçi qrupu yaradıldı, tələbələrlə bağlı qərar verildi –Təhsil Nazirliyindən bəyanat

tehsil-nazirliyi-manset

Təhsil Nazirliyi Qafqaz Universiteti ilə bağlı məlumat yayıb.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, məlumatda təsisçinin qərarı ilə “Qafqaz” Universitetinin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumat verildiyi bildirilib və nazirlikdən qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsi xahiş edilib:

"Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul etmişdir.

İşçi qrupuna Universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılmışdır.

Tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirlməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaqdır. Universitetin hazırkı tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə olunacaqdır.

Tədris prosesinin bütövlüyünün qorunması məqsədi ilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaqdır.

Tələbələrdən Universitetdə fəaliyyət göstərən İşçi qrupla əlaqə saxlanılması xahiş olunur".

Strateq.az