XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 00:44

“Moskva anladı ki, Qarabağla bağlı aşkar hədəfləri vurmaq lazımdır” –Erməni politoloqdan savaş xəbərdarlığı

qarabaq

"Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından tamamilə çıxartmağa çalışır. Çünki Moskva anladı ki, Qarabağla bağlı oyunlar oynamağı dayandırmağın vaxtı çatıb və aşkar hədəfləri vurmaq lazımdır. Bu isə Qarabağda üçüncü müharibənin başlaması deməkdir. Ermənistanın Rusiya ittifaqlarından çıxarılması, yaxud sıxışdırılması da Moskvanın məsuliyyətdən tam azad olunması istəyindən irəli gəlir".

Bu barədə erməni politoloq İqor Muradyan deyib.

Onun sözlərinə görə, Ermənistanın ittifaqlardan çıxarılması və Moskvanın ermənilərə görə məsuliyyət daşımaması ilk növbədə Türkiyə ilə münasibətlərin inkişafına imkanlar yaradır:

“Rusiya Türkiyə ilə yaxınlaşaraq, beynəlxalq arenada birgə hərəkət etmək istəyir. Qarabağda hansısa müharibənin baş verməsi digər tərəfdən ABŞ və NATO-nun Cənubi Qafqaza daxil olmasının qarşısını almağa da imkan verir və ruslar bu imkandan istifadə etməyə bilmirlər”.

Publika.az