XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

20 Yanvar 2017 - 01:55

Ağ Ev Trampı qəbul etməyə hazırlanıb –İnauqurasiyaya baxmaq üçün 1 milyona yaxın adam Vaşinqtona gəlib

aqev-11

Minlərlə amerikalı Donald Trampın inauqurasiyasına tamaşa və etiraz etmək üçün Vaşiqntona axışır.

Trampın rəsmi andiçmə mərasiminə bir gün qalmış, yanvarın 19-da işçilər Kapitol yüksəkliyi ətrafını hündürlüyü 4, 5 metr olan zəncirli hasara almağa başlamışdılar. Bu ərazini həm də maşınların yolunu bağlayan beton baryerlər əhatələyəcək.

Qum kisələri ilə doldurulmuş maşınlar bir sıra küçələrdə yolu barrikadasayağı bağlayıb.

Lincoln Memorial xatirə kompleksinin həndəvərindən rok musiqisinin sədaları yayılır. Musiqiçilər Trampın qısa nitqindən sonra başlanacaq böyük konsertə hazırlaşırlar.

Respublikaçı Trampın və başqa yüksək vəzifəli dəvətlilərin Arlington Milli Mərasim kompleksində əklilqoyma mərasimi də nəzərdə tutulub.

Yanvarın 20-də Donald Tramp Konqres kompleksinin qərb tərəfində qurulmuş səhnədə and içəcək.

Nahardan sonra o və ailəsi Pennsylvania Avenue boyunca Ağ Evə yollanan parada qoşulacaqlar.

Rəsmilər bildiriblər ki, inauqurasiya mərasiminə tamaşa etmək üçün Vaşinqtona təxminən 900 min nəfər gəlib.

Vəzifəsini tərk etməkdə olan daxili təhlükəsizlik naziri bildirib ki, polis bu mərasim zamanı Trampın tərəfdarlarını etiraz edən əleydarlardan aralamağa çalışacaq.

Bu həftəsonu Vaşinqtonda azı üç antitramp yürüşü planlaşdırılıb. Bunlardan ən uzunu yanvarın 21-də keçirləcək Qadınlar Yürüşüdür.

Tramp tərəfdarlarının motosikletçilərin iştirakilə azı bir aksiyası nəzərdə tutulub.

Acıqlı və bölücü seçki kampaniyasından qalib çıxan Tramp Ağ Evə son 25 ildə populyarlığı ən aşağı prezident kimi daxil olur.

"Gallup" qrupunun yanvarın 13-də dərc etdiyi rəy sorğusu nəticələrinə görə, amerikalıların çoxu Trampın prezidentliyini qəbul etmir. Bu, 1992-ci ildə Bill Klintonun Ağ Evə gəldiyi gündən bəri ən aşağı göstəricidir.

Trampın komandasından bildiriblər ki, yeni prezident bir çox məşhur vədlərinin icrasına dərhal öz icra səlahiyyətlərindən istifadə etməklə başlaya bilər.

Bunların miqrasiyanın cilovlanması, yeni iş yerləri və sair barədə sərəncamlar olacağı gözlənilir.

İcra hakimiyyətinin sərəncamları konstitusiya ilə qanuni direktivlər sayılır və onların Konqresdə təsdiqinə ehtiyac yoxdur. Belə səlahiyyətlərdən BarakObama öz hakimiyyətinin son aylarında respublikaçı müxalifətə qarşı istifadə edirdi.

Tramp isə daha bir bəyanatı ilə siyasətçiləri düşünməyə vadar edib. O deyib ki, bu il Vaşinqton və Nyu Yorkda daha çox paradlar keçiriləcək.

O deyib ki, prezident kimi əsas vəzifələrindən biri də adamların əhval-ruhiyyəsini yüksəltməkdir.

“Biz hərbiyyəmizi nümayiş etdirməyə hazırlaşırıq” – deyib Tramp.

Azadlıq Radiosu