XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

20 Yanvar 2017 - 09:55

Kerrinin vida nitqində mesajı:"Böyük dövlətlər kiçik ölkələrin torpağını zorla ala bilməz"

kerri

"ABŞ Ukraynadakı vəziyyətə görə, Avropanın Rusiyaya qarşı sanksiyalar ətrafında birləşməsinə təkan verib".

Bu barədə ABŞ dövlət katibi Con Kerri vida nitqində bildirib.   

Kerri qeyd edib ki, bu, səlahiyyətləri sona çatan administrasiyanın əsas nailiyyətlərindən biri olub.   

“ABŞ Avropanı sanksiyalar ətrafında birləşməyə sövq edib”, – deyə dövlət katibi vurğulayıb.  

“Minsk razılaşmaları icra olunmayıb, buna baxmayaraq, Qərb Rusiyaya II Dünya müharibəsindən müəyyən edilən normaları pozduğuna görə ödəyəcəyi qiyməti göstərib. Böyük dövlətlər kiçik ölkələrin torpağını zorla ala bilməz. Bu, beynəlxalq normalara riayət edən müasir dünyada mümkünsüzdür. Ukrayna və Avropa buna qarşı bir mövqedən  çıxış edirlər”, – deyə Kerri qeyd edib.    

APA