XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 02:25

Eks-spiker Rəsul Quliyev:"Bu, prezident Reyqandan sonra formalaşdırılmış ən güclü komandadır"

resul-quliyev-1

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də keçirilən inauqurasiya mərasimi zamanı söylədiyi nitqi dünya siyasətçilərinin və ekspertlərin indi ən çox şərh etdiyi, dəyərləndirdiyi hadisəyə çevrilib.

Strateq.az xəbər verir ki, Trampın nitqinə maraqlı yanaşmalardan birini hazırda ABŞ-da yaşayan Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyev səsləndirib.

Eks-spiker bildirib ki, prezident Trampın inauqurasiya çıxışında səsləndirdiyi bəzi fikirlər bütün dünyanı təlatuma gətirib: "Onun siyasətinin bazisini təşkil edən "Hər şey amerikalılara qulluq etməlidir" fikri başqa ölkələrin siyasətçilərini, sözün əsl mənasında, çaş-baş salıb. Bu gün 70 faizə yaxın qloballaşmış iqtisadiyyatlar necə sındıralacaq, aydın deyil və baş verəcək nəticələr dumanlıdır".

Rəsul Quliyevin sözlərinə görə, çıxışında insan haqları ilə əlaqədar Trampın bir cümlə belə işlətməməsi totalitar rejimlərə təzyiqin zəifləyəcəyindən xəbər verir: "Bu çıxış müəmmaları azaltmaq əvəzinə, bir qədər də artırdı. Trampın elan etdiyi çox mürəkkəb və həyata keçirilməsi olduqca çətin olan bir siyasətdir. Sizlərin düşündüyünüz kimi, bəsit deyildir"

Buna baxmayaraq, eks-spiker hesab edir ki, Tramp öz komandasına Amerikanın ən ağıllı insanlarını toplayıb: "Bu adamların hər birinin prezident işləmək qabiliyyəti vardır. Bu komanda prezident Reyqandan sonra ikinci dəfə formalaşdırılmış ən güclü komandadır. Bu insanların hər biri – istər vitse-prezident, istərsə də dövlət katibi, müdafiə naziri, təhsil naziri və başqaları, – şəxsiyyətdir, prezidentin tapşırığını müzakirəsiz həyata keçirənlər deyillər, əgər razılaşmasalar, istefa verəcəklər".