XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2017 - 20:27

“Gəlib, qapınızı döyəcəklər ki, ödə, ona görə…” –Əli Həsənovdan köçkünlərə müraciət (VİDEO)

eli-hesenov-qacqinkom-yenni-esas

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom”) sədri Əli Həsənov məcburi köçkünlərə müraciət edib.

"Qaçqınkom”un sədri bildirib ki, köçkün ailələri ailə büdcəsinə nəzarət etməyə başlamalıdılar:

"Ailə var ki, 10 nəfərdən ibarətdir. İndi onlar birlikdə 360 manat alacaqlar. Ailə də var ki, 5 nəfərdir, 180 manat alacaq. Bu, böyük vəsaitdir. 

Məcburi köçkün ailələrinin problemləri də var. O dəqiqə həmin vəsaiti hara gəldi xərcləməsinlər. Kommunal xərclərin vəsaitini ayırıb qırağa qoysunlar. Çünki ayın sonunda kommunal xidmət təşkilatları gəlib, qapılarını döyəcəklər ki, ödə. Narazılıq yaranmasın deyə, böyük vəsaiti alan kimi köçkün sevindiyindən bazara qaçmasın. Əvvəla o vəsaiti kənara qoysun, ondan sonra nə alacaqsa, onunla bazarlıq etsin və.s. Yəni ailə büdcəsinə nəzarət etməyə başlasınlar”.

https://www.youtube.com/watch?v=BenzpnspZms

Qafqazinfo.az