XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 22:56

ABŞ və Rusiya prezidentləri telefonla danışdı:Yaxın Şərq, Koreya, Ukrayna...

tramp-putin

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putun arasında telefon danışığı başlayıb.

Strateq.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Şon Speyser öz "Twitter" səhifəsində məlumat verib.

Şon Speyser sosial şəbəkədəki səhifəsində bunu əks etdirən fotonu da yerləşdirib və fotoda Ağ Evin Oval kabinetində masa arxasında əyləşən D.Tramp telefonla danışan halda əks olunub. Xəbəri müşayiət edən fotoda kabinetdə vitse-prezident Maykl Pens, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinn, Ağ Ev aparatı əməkdaşlarının rəisi Rayn Pribes və aparıcı siyasi məsləhətçisi Stiven Bennon əks olunublar.

Ağ Evin sözçüsü qeydlərinə əlavə edib ki, bu gün D.Trampın AFR kansleri Angela Merkel də 45 dəqiqəlik telefon söhbəti olub.

"Aktual beynəlxalq problemlər, o cümlədən terrorla mübarizə, Yaxın Şərqdə vəziyyət, Ərəb-İsrail münaqişəsi, strateji sabitlik sahəsi, İranın nüvə proqramı ətrafında vəziyyət və Koreya yarımadasındakı durum, habelə Ukraynadakı böhran ətraflı müzakirə edilib", – deyə Kremlin yaydığı bəyanatda telefon söhbətinin məzmununa aydınlıq gətirilib.

Bundan başqa, prezidentlər münasib vaxtda ikitərəfli görüşün təşkili barədə razılaşıblar.

Hər iki lider mütəmadi şəxsi əlaqələr barədə ortaq fikrə gəlib.