XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 13:06

Elmar Məmmədyarov:“Əsgərimizin meyitinin geri verilməməsi antihumanist hərəkətdir”

elmar

“Əsgərimizin meyitinin geri verilməməsi antihumanist hərəkətdir”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir erməni tərəfinin hərəkətini qınayıb: “Çox səhv addımdır. Bunu həmsədrlərlə də müzakirə edəcəyik. Neçə dəfə razılığa gəlmişik ki, döyüşlərdən sonra meyitlər tez zamanda qaytarılsın”(APA).

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.  Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.