XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2017 - 18:15

Ərdoğanın baş müşaviri Rəsulzadənin məzarını ziyarət edib –FOTO

topcu

Türkiyənin keçmiş mədəniyyət və turizm naziri, Prezident Rəcəb Tayyib Ərdoğanın hazırda mətbuat üzrə baş müşaviri Yalçın Topçu Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə məzarını ziyarət edib.

Yalçın Topçu Məhəmməd Əmin Rəsulzadənin Ankarada yerləşən məzarı önünə gül dəstəsi qoyaraq, ona dualar oxuyub.

Ziyarət zamanı Yalçın Topçunun ailəsi də onunla bərabər olub.

 

Ölkə.az