XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 18:47

Daha bir QHT rəhbəri “Ermənistan-Azərbaycan Sülh Platformasına” qoşuldu –Bəyanat

seide-qocamanli

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı "Ermənistan-Azərbaycan Sülh Platformasına” qoşulmaqla bağlı bəyanat verib.

Strateq.az həmin bəyanatı təqdim edir:

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edərək, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, təşkilat adından, mən, Səidə Qocamanlı, bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan "Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmağımı təsdiq edirəm”.