XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 21:22

“Putini xeyirxah kimi xatırlayacaqsınız, mənsə, hər şeyi məhv edəcəm” –Jirinovski (VİDEO)

jirinovski-88

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski prezident seçkilərində qələbə qazanacağı halda Ukraynanı məhv edəcəyini bildirib.

O, bu bəyanatla “Rossiya 1” telekanalının birbaşa efirində çıxış edib.

Jirinovski söz verib ki, Kremlə girişdən üç gün sonra bütün Ukrayna hökumətini həbs edəcək.

“Hələ Putini xatırlayacaqsınız ki, o, xeyirxah idi. Hər şeyi məhv edəcəyəm! Heç bir Ukrayna olmayacaq! Hamı həbs ediləcək! Və yalnız hərbi yolla! Prezident seçiləcəyim halda, bunu edəcəyəm!”, – deyə Jiriniovski bildirib.

Xatırladaq ki, Jirinovski daha əvvəl “Avropanı məhv etmək” ehtiyacını dilə gətirib(Publika.az).