XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 23:44

Makkeyn prezidentə üz tutdu:"Ukraynaya öldürücü silahlar verin"

Makkeyn

Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn ABŞ prezidenti Donald Trampa  ünvanladığı  məktubda Ukraynaya letal (öldürücü) silahların verilməsini xahiş edib.

 Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.

“Mən, səlahiyyətli şəxs kimi, sizi 2017-ci il üçün hərbi büdcə çərçivəsində Ukraynaya letal (öldürücü) silahlar verməyə çağırıram”, – deyə məktubda bildirilir.  

Qeyd edək ki, ABŞ hazırda, letal silahlar istisna olmaqla, Kiyevə hərbi dəstək göstərir. Bundan başqa, amerikalı təlimatçılar Ukrayna Milli Qvardiya əsgərlərinə hərbi təlim keçirlər.