XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 13:10

Zaxarovadan Sülh Platformasına reaksiya:"İstənilən xalq diplomatiyası təşəbbüsünü dəstəkləyirik"

zaxarova

"Biz münaqişələrin həlli ilə bağlı istənilən xalq diplomatiyası təşəbbüsünü dəstəkləyirik".

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Ermənistan-Azərbaycan Sülh Platformasının münaqişənin həllinə verə biləcəyi töhfə ilə bağlı suala cavabında deyib.

M. Zaxarova bildirib ki, münaqişə tərəflərinin ictimai dairələrində hər kəs tərəfindən qəbul ediləcək kompromis qərarın sülh yolu ilə axtarışına alternativin olmadığını aşılamaq lazımdır: “İstənilən təşəbbüs ilk növbədə buna yönəlməlidir. Biz bu konkret missiyanın qarşısına qoyulan istənilən təşəbbüsü dəstəkləyirik”. 

APA