XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 16:21

Tramp rəsmi Tehranı hədələdi:"Odla oynayırlar, mən onlara Obama olmayacağam"

tramp-mwsahibe

ABŞ prezidenti Donald Tramp İranın ünvanına növbəti dəfə sərt ifadələr işlədib.

Tramp özünün "Twitter" səhifəsində aşağıdakıları yazıb:

"İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə "xeyirxah" olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!".

Qeyd edək ki, bundan əvvəl D. Tramp bildirib ki, Tehran ABŞ-ın əvvəlki hökumətinin onlarla imzaladığı anlaşmaya görə minnətdar olmalıdır. O, İranla imzalanmış nüvə sazişini "qorxunc" adlandırıb və ABŞ-ın ballistik raketlərin sınağını keçirən İrana hərbi cavabını istisna etməyib. Vaşinqtonun İrana qarşı sanksiyaları gücləndirəcəyi gözlənilir.

Xatırladaq ki, İran yanvarın sonlarında ballistik raketin uğurlu sınağını keçirib.

APA