ABŞ prezidenti Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarına viza qadağası tətbiq etməsi BMT-nin baş katibinin də narazılığına səbəb olub.
Strateq.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Guterres ABŞ-ın 7 ölkəyə viza qadağa qoymasına etirazını belə bildirib:
"Bu qadağalar ABŞ-ın və ya diğər ölkələrin terrordan daha yaxşı qorunması üçün vasitə ola bilməz. Bunun qəti təsirli yol olduğunu da düşünmürəm. Bu qadağalar ən qısa zamanda aradan qaldırılmalıdır".
Strateq.az