XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2017 - 19:01

ABŞ-ın “quduz köpəyi” İranı hədələdi:"İran dünyada terroru dəstəkləyən əsas dövlətdir"

mettis-chin

"İran dünyada terroru dəstəkləyən əsas dövlətdir".

Strateq.az "Azadlıq Radiosu"na istinadən xəbər verir ki, bunu Yaponiyada səfərdə olan ABŞ-ın müdafiə naziri Ceyms Mettis deyib.

66 yaşlı Mettis yanvarın 21-də müdafiə naziri təyin olunub. O, Fars körfəzində, Əfqanıstanda, İraqdakı əməliyyatlarda diviziya komandanı olub.

ABŞ fevralın 3-də İrana yeni sanksiyalar qoyduğunu elan edib. Bundan bir neçə gün əvvəl Tehran ballistik raket sınağı keçirmişdi. Buna görə Vaşiqntondan xəbərdarlıq almışdı.

İrana qarşı yeni sanksiyaları bir sıra demokrat millət vəkilləri də alqışlayıblar.

İranın xarici işlər naziri Cavad Zərif isə bildirib ki, “İran heç kimlə müharibə başlamaq niyyətində deyil, amma öz müdafiəsi üçün yalnız özünə arxalana bilər”.

Xatırladaq ki, Pentaqonun yeni rəhbəri "quduz köpək" ləqəbi ilə məşhurdur.