XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

06 Fevral 2017 - 05:34

Rumıniyada hökumət əleyhinə küçələrə çıxanların sayı 600 minə çatıb –İstefa tələb edilir

rumıniya-aksiya

Ruminiyada hökumət əleyhinə etiraz aksiyası iştirakçılarının sayı 600 min nəfərə çatıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Nazirlər Kabinetinin ölkədə kütləvi etirazlara səbəb olan Cinayət Məcəlləsinə düzəlişləri ləğv etməsinə baxmayaraq, mitinqlər davam etdirilir. Artıq bir neçə gündür ardıcıl keçirilən mitinqləri mətbuat son 25 ilidə ən kütləvi aksiya adlandırıb. Nümayişçilər hökumət istefaya getməyincə etirazlara ara verməyəcəklərini bildiriblər.

“Digi24” telekanalının məlumatına görə, Buxarestdə Nazirlər Kabinetinin binası qarşısına təxminən 300 min insan toplaşıb. Mitinq dinc şəraitdə keçir və etirazçılar hər saat Rumıniyanın himnini ifa edirlər. Onlar əllərində hökumət və Liviu Draqnyanın başçılıq etdiyi hakim Sosial-Demokrat Partiyasına qarşı şüarların yazıldığı plakatlar tutublar.