XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

06 Fevral 2017 - 23:56

Maliyyə naziri vəzifəsindən azad edildi, yerinə təyinat oldu –Vasif Talıbovdan sərəncam

serencam-talibov

Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Xalid Səməd oğlu İsgəndərov vəzifəsindən azad edilib.

Strateq.az "Şərq qapısı" qəzetinə istinadla xəbər verir ki, bu haqda Ali Məclis sədri Vasif Talıbov 6  fevral 2017-ci il tarixdə sərəncam  imzalayıb.

Talıbovun digər sərəncamıyla indiyədək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində işləyən Səbuhi Hidayət oğlu Məmmədov Muxtar Respublikanın yeni Maliyyə naziri vəzifəsinə təyin edilib.