XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 Fevral 2017 - 11:52

Apteklərdə dərmanlar niyə yoxa çıxıb? –Deputatdan etiraz

fazil-esas

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa apteklərdə yoxa çıxan dərmanlarla bağlı etirazını bildirib.

Strateq.az xəbər verir ki, Fazil Mustafa "Feysbuk"da etirazını belə ifadə edib:

"Aptekə dərman almağa girirəm. Satıcı xanımlar az qala fəryad qoparırlar. Deyirlər ki, "artıq iyirmi gündür ki hec bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir. Acınacaqlı durum yaranıb. Is o heddə catıb ki, əhali bizi təhqir edir ki, niyə axtardığımız dərmanı vermirsiniz. Adi citramon, korvalol, valerian, vitaminlər…Heç nə yoxdur. Xahiş edirik bizə kömək edin!".

Başqa bir neçə aptekdə də eyni fəryadı eşidirəm. Qəbulda çox sayda insanlar adi əməliyyat üçün pul tapa bilmədiklərini söyləyirlər. İcbari tibbi sığorta olmadığına görə, minlərlə insan imkansızlıqdan öz müalicəsini təxirə salmalı olur. 

Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim. Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təchizatında ciddi dönüş yaradılmalıdır. İnsanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələri ola bilər".