XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2015 - 09:23

Türkiyə Qətərdə hərbi baza yaradacaq

Türk əsgərinin Qətərə yerləşməsi Fars körfəzində qüvvələr nisbətini dəyişəcəkmi?

Türkiyə Silahlı Qüvvələri Qətərdə hərbi baza yarada biləcək. Strateq.az bildirir ki, bu barədə Ankara ilə Doha arasında bağlanmış müvafiq saziş Türkiyə prezidenti tərəfindən təsdiqlənib. “Türkiyə Cümhuriyyəti ilə Qətər dövləti hökuməti arasında hərbi tədirs, müdafiə sənayesi ilə Qətər torpaqlarında Türkiyə Silahlı Qüvvələrinin mənzillənməsi ilə bağlı İşbirliyi Anlaşmasının təsdiqlənməsininin uyğun bulunduğuna dair” 6633 saylı Qanun dərc olunmaq üçün Nazirlər Kabinetinə göndərilib. Bu saziş 19 dekabr 2014-cü ildə Ankarada imzalanıb.

Xatırladaq ki, Qətər Yəməndə şiə üsyançılarına qarşı hərbi əməliyyatlara fəal dəstək verən ölkələrdəndir. Türkiyə isə şiə üsyançılarına qarşı hərbi əməliyyatlara haqq qazandırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “İran bölgədə dominant olmağa səy göstərir. Buna icazə verilə bilərmi? Bu bizi də, Səudiyyə Ərəbistanını və Körfəzdə bir çox ölkəni narahat etməyə başlayıb. Buna gerçəkdən dözmək mümkün deyil. İranın bunu görməsi lazımdır”.

Türkiyə ordusunun Qətərdə hərbi bazasının yaranacağı təqdirdə, bu addım bölgədə qüvvələr nisbətinin dəyişməsi, Ərdoğan hökumətinin Fars körfəzindəki qarşıdurmalarda ön planda yer alması ilə nəticələnəcək. Artıq Ankaranın diplomatik səylərdən konkret addımlar atmağa hazırlaşması, hətta hərbi gücdən istifadə etməkdən çəkinməyəcəyini əminliklə söyləmək olar. Fars körfəsində, ərəb coğrafiyasında son illər baş verənlər Türkiyəni əlavə məsuliyyət götürməyə, daha sərt addımalar atmağa vadar etməyə başlayıb. Eyni zamanda, İslamın sünni məzhəbinə məxsus iqdidarların hakimiyyətdə olduğu ölkələr də Ankaranı bölgədə təhlükəsizliyin təmin olunmasında fəal əməkdaşlığa cəlb etməyə çalışırlar.

Türkiyə ilə əməkdaşlıq həmçinin, İranının Körfəzdə fəallaşmaq cəhdlərinə qarşı daha bir sığortalayıcı addım kimi nəzərdən keçirilir. çox maraqlıdır ki, Körfəzdə Qətərə münasibət birmənalı deyil. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn zaman-zaman Dohaya qarşı demarş ediblər. ötən il martda məhz bu üç ölkə səfirlərini Dohadan geri çağırmaq barədə birgə qərar qəbul etmişdirlər. Yəməndə baş verənlər fonunda “mehmetciyin” Qətərdə mənzillənməsi üçün ilk addımların atılması gerçəkdən bölgədə yeni qüvvələr nisbətinin bərqərar olacağından xəbər verir.