XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

02 Mart 2015 - 07:38

Siqaretlərin qiyməti endi – Yeni qiymətlər

Azərbaycanda siqaretin qiyməti ucuzlaşıb.

Strateq.az xəbər verir ki, bu gündən başlayaraq paytaxt mağazalarında tütün məmulatları əvvəlki qiymətlərlə satışa çıxarılıb.

Belə ki, ötən günə kimi 2 manat 30 qəpiyə satışa çıxarılan “Kent” markalı siqaret bu gün 1 manat 60 qəpiyə endirilib.

Mağazada çalışanlar bildirirlər ki, qiymətlərin aşağı salınması haqda onlara tapşırıq verilib.

Qeyd edək ki, manatın ucuzlaşmasından sonra bir sıra məhsullarla yanaşı siqaretin də qiymətində bahalaşma hiss olunurdu. Əvvəlki ilə müqayisədə qiymətlər 50-80 qəpik aralığında qaldırılmışdı.