XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 18:39

Qəbul imtahanında iştirak etmək üçün tələb olunan ödəniş –Prezident sərəncam verdi

tqdk

Bu gün Prezident İlham Əliyev daha bir sərəncam verib.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətini təmin etmək məqsədi ilə aşağıdakı qərar verilib:

"Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin".