XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

28 Mart 2015 - 18:50

Sammit: ümumərəb ordusu yaradılsın!

Əbu Mazən: “Bu, tarixi qətnamədir”

Ərəb Dövlətləri Liqasının (ƏDL) bu gün Şarm-əl-Şeyxdə açılmış sammitində daxili münaqişələri və bölgədə vətəndaş müharibələrini boğmaq üçün birləşmiş ərəb ordusunun yaradılması barədə qətnamənin qəbul ediləcəyi ehtimal olunur.

İsraelİnfo yazır ki, ƏDL-nın baş katibi Nabil əl-Ərəbi qətnaməni “tarixi” adlandırıb: “İlk dəfə bütün ərəb dövlətlərinin adından fəaliyyətdə olacaq qüvvə yaradılır”.

ƏDL-nın xarici işlər nazirləri ərəb koalisiyasının Yəməndəki şiə qiyamçılara qarşı başlanan hərbi əməliyyatından sonra cümə axşamı vahid hərbi qüvvə yaratmaq barədə razılığa gəliblər.

Misir hökuməti həm Yəməndəki əməliyyatı, həm də ümumərəb hərbi qüvvəsinin yaradılması ideyasını şövqlə dəstəkləyir.

Sammitdə iştirak edən Fələstin Muxtariyyətinin prezidenti Əbu Mazən də Səudiyyə Krallığı və Misirin təşəbbüsünü qismən kinayə ilə qarşılayb. O, arzu edib ki, husi təhlükəsi qarşısında qəflətən birləşmiş ərəb dövlətləri digər daxili münaqişələrdə də – Suriya, İraq, Liviya və Fələstinin özündə eynən bu cür qətiyyətlə hərəkət etsin.

Əbu Mazən ərəb qüvvələrini İsrailə qarşı birləşməyə çağıran “Huizbullah” lideri Həsən Nəsrullahdan fərqli olaraq başqa bir düşmənə – Qəza bölgəsində hakimiyyəti qeyri-qanuni şəkildə zəbt etmiş HƏMAS-a işarə edib.

Yeri gəlmişkən, HƏMAS bildirib ki, şiə qiyamçıların devirdiyi “Yəmənin demokartik yolla seçilmiş prezidentini” dəstəkləyir.

ABŞ ərəb koalisiyasını və onun Yəməndəki fəaliyyətini dəstəkləyib. Pentaqon Səudiyyə Krallığına əlavə kömək vəd edib.