XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

12 Fevral 2017 - 04:33

ABŞ-dan Rusiyanı qəzəbləndirəcək daha bir addım –Gürcüstanda döyüş təlim mərkəzi tikəcək

telim-9

ABŞ Gürcüstanda döyüş təlimi mərkəzi tikəcək.

Strateq.az Azadlıq Radiosuna istinadla bildiri ki, bu barədə məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, döyüş təlim mərkəzinin tikilməsi haqda razılıq Gürcüstan ordusu rəhbərliyinin ABŞ ordusu komandanlığının Avropadakı 7-ci təlim mərkəzinə səfəri zamanı əldə edilib.

Görüşlərdə ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandiri, general-leytenant Ben Hoces də iştirak edib.

Bundan başqa, tərəflər müdafiə sahəsində əməkdaşlıq barədə 3 illik müqavilə imzalayıblar.

Xatırladaq ki, bundan əvvəl ABŞ senatoru Con Makkeyn Tbilisiyə səfəri zamanı ölkəsinin Gürcüstana dəstək verməkdə davam edəcəyini və Rusiyaya qarşı yeni sanksiyalar qoymağa çalışacağını vurğulamışdı.