XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 13:10

Deputat hökumətə səsləndi:"Dollar düşür, bəs, niyə yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır?"

eli-mesimli-1

"Neçə gündür ki, manat bahalaşır, dollar isə ucuzlaşır. Bəs niyə ərzaq məhsullarının qiymətləri gün-gündən qalxır?”

Bunu millət vəkili Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O, bu məsələdə işbazları və inhisarçıları ittiham edib. 

Ə.Məsimlinin sözlərinə görə, qiymət bahalaşması Azərbaycan dövlətinin qarşıya qoyduqları hədəfə ziddir:

"Mən dəqiq məlumatlar bildirirəm ki, manat bahalaşsa da, yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda, işbazlar bəhanə gətirirdilər ki, bu, onlara ciddi zərbə olur, ona görə qiymət artımına gedirlər. Bəs, indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməlidir və təcili tədbirlər görülməlidir”. /"Qafqazinfo"