XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 12:44

Prezident Administrasiyasının rəhbəri sərəncam verdi, plan təsdiqləndi –"İslam Həmrəyliyi İli” ilə bağlı

ramiz-mehdiyev-esas-1

Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev sərəncam verib.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

Bununla da Tədbirlər Planının icrasının təşkilinin əlaqələndirilməsi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinə həvalə olunub.

Tədbirlər Planında islamdaxili həmrəylik, İslam və digər konfessiyalar arasında həmrəylik istiqamətləri üzrə ölkə daxilində və xaricdə keçirilməsi nəzərdə tutulan tədbirlər öz əksini tapıb.